Xəbər lenti

Azərbaycanlı bəstəkar Rusiya Bəstəkarlar İttifaqının üzvü seçilib
Sənət14:53 22.04.2023

Azərbaycanlı bəstəkar Rusiya Bəstəkarlar İttifaqının üzvü seçilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı bəstəkar, pianoçu və musiqişünas Riad Məmmədov Rusiya Bəstəkarlar İttifaqının üzvü seçilib.
Qaynarinfo xəbər verir ki, Rusiya Bəstəkarlar İttifaqının növbəti iclasında təşkilata yeni üzvlər seçilib. Onların arasında soydaşımız, bəstəkar, pianoçu və musiqişünas, caz və klassik musiqi əsərlərinin mahir ifaçısı Riad Məmmədov da var.
Riad Məmmədov Bakıda dünyaya gəlib. P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının və aspiranturasının "fortepiano” ixtisası üzrə məzunu olan həmyerlimiz, həm də bir çox beynəlxalq festivalların iştirakçısıdır.