Xəbər lenti

Azərbaycanlı deputatlar "Soma qurbanları" üçün pul yığır - SİYAHI
Siyasət12:25 17.05.2014

Azərbaycanlı deputatlar "Soma qurbanları" üçün pul yığır - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türkiyədə baş verən mədən faciə ilə bağlı yardım kampaniyasına başlayıb.

Cəmiyyətdən Qaynar.info-ya verilən məlumata görə, kampaniyaya Milli Məclisin deputatları da qoşulub. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, millət vəkili Novruzəli Aslanov yardım fonduna 500 AZN, Eldar Quliyev 1000 AZN, Azay Orucov 1000 AZN, Tahir Rzayev 200 AZN, Arif Əşrəfov 200 AZN, Nazim Fərəcov 200 AZN pul köçürüb.

Qeyd edək ki, digər millət vəkili Qənirə Paşayeva məbləğ açıqlamasa da əməkhaqqının bir hissəsini Somaya yardım üçün ayırıb.

Qaynar.info