Bu
günlərdə Ukrayndakı Oles Honçar Dnepr Milli Universitetində "Dəyişən Dünyada Təhsil
və Elm: Problemlər və İnkişaf perspektivləri” adlı elmi konfrans keçirilib.
Qaynarinfo
xəbər verir ki, konfransda ölkəmizi yazar, filologiya üzrə fəlsəfə doktoru
Nargis İsmayılova təmsil edib. O, tədbirdə "İlqar Fəhmi və postmodernizm”
mövzusu ilə iştirak edib. Konfransın mətnləri 2 cildlik elmi topluda işıq üzü
görərək beynəlxalq elmi bazalara yerləşdirilib.
Azərbaycan
yazıçılarının xaricdə tanıdılması baxımından əhəmiyyət daşıyan məqalədə İlqar Fəhminin
romanları postmodernizim kontekstindən elmi tədqiqata cəlb olunaraq xarici tədqiqatçılara
təqdim olunub.
Xatırladaq
ki, üçüncü dəfə keçirilən "Dəyişən Dünyada Təhsil və Elm: Problemlər və İnkişaf
perspektivləri” adlı elmi konfransı Ukrayna Təhsil və Elm Nazirliyi, Orta Şərq
Texniki Universiteti (ODTÜ), Foscari Venice University (italiya), Ukrayna Milli
Elmlər Akademiyasının Fəlsəfə İnstitutu, AMEA Arxeologiya və Etnoqrafiya
İnstitutunun Antropologiya Mərkəzi, M.P.Dragomanov adına Milli Pedaqoji
Universitet və Oles Honçar adına Dnepr Milli Universitetinin birgə təşkilatçılığı
ilə keçirilib.
Şərhlər