Xəbər lenti

Azərbaycanlı futbol hakimləri UEFA-nın yay kursunu uğurla başa vurublar
İdman22:49 03.09.2026

Azərbaycanlı futbol hakimləri UEFA-nın yay kursunu uğurla başa vurublar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

31 avqust – 2 sentyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində UEFA-nın 2026/27-ci illər mövsümü üçün elit və I kateqoriyalı hakimlərin yay kursu keçirilib.

Qaynarinfo xəbər verir ki, Azərbaycanı kursda beynəlxalq dərəcəli hakimlər Əliyar Ağayev və Elçin Məsiyev təmsil ediblər.

Toplanış zamanı ötən mövsümün hakimlik təcrübəsi nəzərdən keçirilib, yeni mövsümlə bağlı əsas məqamlar və UEFA Hakimlər Komitəsinin təlimatları diqqətə çatdırılıb. Həmçinin hakimlərin fiziki hazırlıq səviyyəsi yoxlanılıb.

Hakimlərimiz keçirilən testləri uğurla başa vuraraq kursu tamamlayıblar.