
Kiprin "Pafos" klubunda çıxış edən azərbaycanlı futbolçu Murad Məmmədov komandasında ilk qolunu vurub.
20 yaşlı yarımmüdafiəçi UEFA Avropa Liqasının III təsnifat mərhələsinin Avstriyanın "Zaltsburq" komandasına qarşı keçirilən cavab görüşünün 82-ci dəqiqəsində meydana daxil olub və 2 dəqiqə sonra fərqlənib.
Murad Məmmədov bu qolla "Pafos"un hesabı 3:3-ə çatdırmasına kömək edib.
Qeyd edək ki, komandalar arasında Avstriyada keçirilən ilk oyunda "Zaltsburq" 1:0 hesabı ilə qalib gəlib (Report).