Xəbər lenti

Azərbaycanlı futbolçu Portuqaliyada: yeni klubu müəyyənləşdi
İdman05:50 12.06.2018

Azərbaycanlı futbolçu Portuqaliyada: yeni klubu müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, futbolçumuz karyerasını Portuqaliyada davam etdirəcək. O, bu ölkənin "Eştoril” klubuna transfer olunub.
Klubun rəsmi saytında forvardın artıq müqaviləni imzaladığı təsdiqlənsə də, kontraktın müddəti barədə məlumat verilmir.
"Eştoril klubunda olmağıma çox şadam. Ümid edirəm ki, bu hamı üçün unudulmaz bir dönəm olacaq”, deyə Dadaşov klubun saytına verdiyi açıqlamada söyləyib.
Qeyd edək ki, Renat mövsümün gedişində Almaniyanın "Ayntraxt" klubundan kənarlaşdırılıb.