Xəbər lenti

Maqazin 16:58 18.03.2024

Azərbaycanlı gənc ifaçı Varşavada klip çəkdirdi (VİDEO)

Azərbaycanlı gənc ifaçı Rəvan Polşanın paytaxtı Varşavada klip çəkdirib.

Qaynarinfo xəbər verir ki, "İnanma" adlı mahnının sözləri və müsiqisi ifaçının özünə aiddir. 

Klipin rejissoru Royal Cəfərovdur. Ekran işi Varşava şəhərində peşəkar komanda ilə ərsəyə gətirilib.

Mahnı may ayında yayınlanması planlanan "EP Albom"un ilk sinqlıdır.

Xatırladaq ki, bundan əvvəl türkiyəli məşhur müğənni Hadisə Rəvanla bağlı paylaşım etmişdi. Belə ki, sənətçi özünün "Sıfır Tolerans" mahnısını oxuyan Rəvanın videosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

"Sıfır Tolerans"ı bu qədər sevməyiniz məni nə qədər xoşbəxt edir bilməzsiniz. Siz dinlədikcə, siz oxuduqca və siz paylaşdıqca köhnəlmir", deyə Hadisə qeyd edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->