Xəbər lenti

Azərbaycanlı gəncə Gürcüstan hökumətində vəzifə verildi
Siyasət06:48 05.10.2021

Azərbaycanlı gəncə Gürcüstan hökumətində vəzifə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsi üzrə yeni müşaviri təyin olunub.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu vəzifəyə Anar Süleymanov təyinat alıb. O, bu vaxtadək Kvemo Kartli bölgəsi qubernatorunun Administrasiyasında baş mütəxəssis işləyib.
Qeyd edək ki, bu vəzifəni 2017-ci ildən Ayaz Məmmədov tutub. O, bu ilin iyulunda istefa verib.