Xəbər lenti

Azərbaycanlı jurnalist komaya düşdü
Ölkə08:36 26.02.2017

Azərbaycanlı jurnalist komaya düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Jurnalist Zabil Müqabil oğlunun səhhəti gecə saatlarında qəfil pisləşib və o, koma vəziyyətində 1 saylı kliniki xəstəxanaya (Semaşko) gətirilib. Yaxınlarının verdiyi məlumata görə, onda kəskin daxili qanaxma başlayıb.
Qaynarinfo.Az musavat.com-a istinadən bildirir ki, gecədən indiyədək həkimlər qanaxmanı saxlaya bilmirlər və Z.Müqabiloğlu hazırda ölümlə mübarizə aparır, durumu son dərəcə kritikdir.
Qeyd edək ki, Z.Müqabiloğlu sirrozdan əziyyət çəkir və 3 ay öncə də qanaxma ilə xəstəxanaya yatırılmışdı.
Qaynarinfo.Az