
Son zamanlar yerli müğənnilərin saçlarını rənglətdirməsi dəb halını alıb.
Saçını qaraya boyatması ilə gündəmə gələn Manaf Ağayev, Səməd Səmədovdan sonra Rəhim Rəhimli və Elnur Hüseyov da onların yolunu davam etdirdi. Onlar digərlərindən fərqli olaraq saçını sarı rəngə boyatdırdı.
Qaynarinfo.az xəbər verir ki, Elnur və Rəhimə qoşulan növbəti məşhur isə Ramal İsrafilov oldu. Müğənni sarı rəngli saçlarının fotosunu çəkərək sosial şəbəkədə paylaşıb.
İfaçının yeni görünüşü izləyiciləri tərəfindən bir o qədər də xoş qarşılanmasa da, bəziləri onun yeni imicini bəyənib. Ramalın yeni imicini təqdim edirik.
Qaynarinfo.az



