Xəbər lenti

Azərbaycanlı kişi stilist qadın paltarında - FOTOLAR
Maqazin08:00 27.07.2015

Azərbaycanlı kişi stilist qadın paltarında - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış stilist Samiraldo (Samir Əliyev) yenə də geyimi ilə hər kəsi təəccübləndirib. Qaynar.info oxu.az-a istinadən xəbər verir ki, qadın paltarında şəkillər çəkdirərək İnstagram hesabında paylaşıb.
Sözün düzü, əvvəlcə bunun hansısa obraz olduğunu düşündük. Daha sonra stilistlə əlaqə saxlayanda öyrəndik ki, heç də düşündüyümüz kimi deyil.
“Kefimdən o cür geyinmişəm” deyən stilist bu yaxınlarda partlayış edəcəyini söylədi:
“Nəhayət, efirlərdən yeni səs eşidəcəksiniz. Prodüser kimi bir müğənni ilə işləməyə başlayıram. O, səhnənin ikinci Samir Bağırovu olacaq. Möhtəşəm səsi var”.
Həmçinin Samiraldodan isti yay günlərində harada dincəldiyini də soruşduq:
“Bu ay Bakının ən gözəl məkanlarında dincəldim. Gələn aydan rayonlara istirahətə gedəcəyəm”.
Qaynar.info