Xəbər lenti

Azərbaycanlı milyarder 8-ci "kral" oldu
Ekonomiks17:25 25.02.2016

Azərbaycanlı milyarder 8-ci "kral" oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın "Forbes" jurnalı "dövlət sifarişlərinin kralları" reytinqini hazırlayıb.
Qaynar.info axar.az-a istinadən xəbər verir ki, 2015-ci ilin göstəricilərinə əsasən, dövlət sifarişləri üzrə tenderlərdə ən çox qalib gələn Arkadi Rotenberq olub. Jurnal Rotenberqin "Stroyqazmontaj" şirkətinin bəzi layihələri tendersiz əldə etdiyini bildirib. Bunların sırasına Kerçensk körpüsü (228,3 milyard rubl) və "Sibir gücü" (198 milyard rubl) layihəsinin reallaşdırılması aiddir. Rotenberqdən sonrakı yeri Leonid Mixelson tutub. "Forbes"in reytinqində ilk üçlüyü Gennadi Timçenko tamamlayıb.
Tərtib edilən reytinqdə ən maraqlı məqam dördüncü pillə ilə bağlı olub. Bu pilləyə "Sibura" şirkətinin sahibi Kiril Şamalov layiq görülüb. Şamalov 148,8 milyard rublluq dövlət sifarişi əldə edə bilib. Gənc iş adamı həm də Rusiya prezidenti Vladimir Putinin kiçik qızı Yekaterina Tixonovanın həyat yoldaşıdır.
Azərbaycanlı milyarder Araz Ağalarov bu siyahıda 8-ci yeri tutub. Onun bu il əldə etdiyi dövlət sifarişlərinin miqdarı 69,3 milyard rubl olub.
Qaynar.info