Bu günlərdə adı sifarişli qətllərdə hallanan azərbaycanlı milyarder, Sankt-Peterburqdakı azərbaycanlı diasporunun lideri Vaqif Məmişovun 17 yaşlı oğlu Rasim Məmişov dəbdəbəli həyat tərzini əks etdirən çoxsaylı fotoları az qala hər gün özünün İnstagram səhifəsində yayır.
Virtualaz.org xəbər verir ki, fotolara əsasən milyarderin törəməsinin bahalı oyuncaqlar kolleksiyasında “Audi R8” sportkarı, “Chevrolet Tahoe”,
Mercedes Gelandewagen və digər çoxsaylı avtomobillər var. Habelə onu dünyanın müxtəlif kurort bölgələrində də görmək olur. Fotolardan birində görünür ki, gənc Məmişov Azərbaycandadır, yəqin ki, atasına məxsus malikanənin həyətində, Azərbaycan dövlət nömrə nişanlı superkarın yanında dayanıb xoşbəxtcəsinə obyektivə gülümsəyir. Hələ litsey tələbəsi olsa da Məmişovun artıq sevgilisi də var, o, piterli model Polina Smirnova ilə gün keçirir...
Qaynarinfo.Az












