Xəbər lenti

Azərbaycanlı milyarder özünə 25 milyon xərclədi
Ekonomiks10:10 14.11.2014

Azərbaycanlı milyarder özünə 25 milyon xərclədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vahid Ələkbərovun rəhbəri olduğu “Grindale İnvestments Ltd” 25,27 milyon dollar xərcləyərək “Lukoyl” şirkətinin 527 788 aksiyasını alıb. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Lukoyl”un özü yayıb.

Razılaşma noyabrın 6-da baş tutub.

Qeyd edək ki, Vahid Ələkbərov “Lukoyl”un bundan öncə 9 sentyabrda 20,6 milyon dollar, 19 sentyabrda isə 9,3 milyon dollarlıq aksiyasını almışdı.

Onu da xatırladaq ki, “Lukoyl”un nizamnamə kapitalı 21.264.081 rubl təşkil edir və o hər biri 0,025 rubl olan 850.563.255 aksiyaya ayrılıb. Hazırda “Lukoyl”un ən böyük səhmdarları Leonid Fedun (10%), Kapital Maliyyət İnvestisiya Evi (8%), Lukoil İnvestment Cyprus (9,2%), Vahid Ələkbərovdur (20.9%).

Qaynar.info