Xəbər lenti

Azərbaycanlı model Amerikaya səs saldı - FOTOLAR
Maqazin07:53 21.02.2017

Azərbaycanlı model Amerikaya səs saldı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerikada yaşayan azərbaycan əsilli model Kamilla Osman sosial şəbəkədə yeni şəkillərini paylaşıb. 
Qaynarinfo.Az lent.az-a istinadən xəbər verir ki, erməni əsilli ulduz Kim Kardaşyana bənzərliyi ilə tanınan modelin yeni fotoları maraqla izlənilib.  
Azərbaycanlı model ona xoş söz yazanlara “Mən Azərbaycanımı və fanatlarımı çox sevirəm” şərhi yazıb.
22 yaşlı Kamilla kanadalı moda bloquçusu və sosial media siması kimi məşhurlaşıb. O, Kanadanın Toronto şəhərində böyüyüb. Ailəsi azərbaycanlıdır. Kamilla 15 yaşından bəri Kim Kardaşyana bənzərliyi ilə diqqət çəkir.
Onun “İnstagram”da 380 mindən çox izləyicisi var. 
Qeyd edək ki, Kim Kardaşyan K.Osmanla birgə çəkilmiş şəklini sosial şəbəkədə paylaşaraq, bu sözləri yazıb: “Kamilla çox şirin qızdı. Bizi bir-birimizə oxşadan çox adam var. Onunla tanışlıq çox əyləncəli oldu”.
Qaynarinfo.Az