Model Əfsanə Qasımova ailə qurmağa hazırlaşır. Sənətçinin ailə quracağı şəxs keçmiş məmurdur.
Model özü də xəbəri təsdiqləyib: "Bəli, ailə qurmağa hazırlaşıram. Həyatımda olan şəxs vaxtilə çox böyük vəzifədə olub. Adını desəm, hamı tanıya bilər. Onsuz da toyumuzda hamı biləcək ki, o kimdir. Hələlik tələsmirik, bir-birimizi tanımağa çalışırıq. Qismət olsa, ilin sonuna kimi toyumuz olacaq".
O da məlum olub ki, modelin ailə quracağı şəxs ondan 20 yaş böyükdür: "Bəli, iyirmi yaş fərqimiz var. Amma buna görə heç birimiz narahat deyilik. Əsas olan ürəkdir, sevgidir".
Qeyd edək ki, bir müddət öncə Əfsanə Qasımovanın açıq-saçıq fotoları telefonundan oğurlanmışdı.(Ölkə.az)