Xəbər lenti

Azərbaycanlı modeldən sevgilisinə dəniz kənarında evlilik təklifi (FOTO/VİDEO)
Maqazin07:57 05.01.2019

Azərbaycanlı modeldən sevgilisinə dəniz kənarında evlilik təklifi (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Model İgo Guseinov (İqaməddin Hüseynov) sevib-seçdiyi bloqqer Leyla Muradlıya evlilik təklifi edib. 
Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, dəniz kənarında baş tutan mərasim rəngarəng görüntülərlə yadda qalıb. 
Çox xoşbəxt görünən cütlük bir-birilərinə sevgilərini etiraf ediblər. 
 
Onları bu xoş günündə yaxın dostları da tək buraxmayıblar. 
Baku.ws açıqlama verən İgo çox sevincli olduğunu qeyd edib. O, hər kəsə xoşbəxtlik və sevib-sevilməyi arzu edib. 
Qeyd edək ki, azərbaycanlı model İgo Guseinov fəaliyyətini hazırda Türkiyədə davam etdirir. Model bir çox məşhur brendlərin reklam çarxlarında rol alıb. 2017-ci ildə Fransanın Paris şəhərində keçirilən "Best Model of The World" gözəllik müsabiqəsində Rusiyanı təmsil edən İ. Guseinov "Best Physics” nominasiyası üzrə qalib gəlib.