Müğənni Roza Zərgərli sosial şəbəkədə hakerlərin hücumuna məruz qalıb. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, onun rəsmi “Facebook” səhifəsini sındırıblar:
“Mənim adıma olan fan səhifəmin parolunu hakerlər sındıraraq, orada mənə xas olmayan paylaşımlar ediblər. Artıq bu əməli edən adamı tapmışam. Bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Bu işi görən şəxs öz cəzasını alacaq”.
Qaynar.info