Xəbər lenti

Azərbaycanlı müğənni Rusiyada karantini kobud şəkildə pozdu (VİDEO)
Maqazin09:36 01.09.2021

Azərbaycanlı müğənni Rusiyada karantini kobud şəkildə pozdu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Azərbaycan əsilli populyar müğənnisi Jony (Cahid Hüseynli) Tatarıstanda karantin qaydalarını kobud şəkildə pozub.
Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki,  MDB-nin ulduzu Naberejnıye Çelnı (Yar Çallı) şəhərinin Pribrejni parkında izdihamlı konsert verib.
Musiqili gecə Tatarıstanın Respublika Gününə həsr olunub.
Konsertdə 100 mindən çox insan iştirak edib.
Tədbirin görüntüləri sosial şəbəkələrdə paylaşılıb, ifaçı və təşkilatçılar tənqid edilib. Qeyd olunub ki, son bir həftədə Rusiyada koronavirusdan ölən və yoluxanların sayı xeyli artıb. Lakin buna baxmayaraq 500 nəfərlik konsert qaydası pozulub və maska, sosial məsafə tələblərinə riayət edilməyib.
<iframe width="670" height="400" src="https://daytube.az/embed/113316" frameborder="0" allowfullscreen="">