Müğənni Çingiz Mustafayev Ukraynanın “Səs” ("Голос країни") yarışmasına qatılıb.
Axşam.az-ın məlumatına görə, müsabiqənin reklam çarxı sosial şəbəkədə yayılıb. Çarxda Ç.Mustafayev də yer alıb. Veriliş fevralın 28-də efirə gedəcək.
Qeyd edək ki, bundan əvvəl Dilarə Kazımova, Vaqif Nağıyev kimi ifaçılar da Ukraynada sözügedən yarışmaya qatılmışdı.
Qaynar.info