Xəbər verdiyimiz kimi, sosial şəbəkədə müğənni Zenfira İbrahimova və prodüser Aynur Bağırovanın avtomobil qəzasına düşməsinin videosu yayılıb.
Oxu.az-ın xəbərinə görə, məlum olub ki, yayılan video həqiqəti əks etdirmir. İfaçının prodüseri ucuz reklam yolu seçərək insanları aldadıb. Sözügedən görüntülər TV proqramı üçün nəzərdə tutulub.
***
09.31
Müğənni Zenfira İbrahimova və prodüseri Aynur avtomobil qəzasına düşüb.
Qaynarinfo big.az-a istinadən xəbər verir ki, qəza nəticəsində xoşbəxtlikdən heç biri xəsarət almayıb.
Onlar qəza zamanı çox qorxub və stres keçiriblər.
Anbaan görüntüləri təqdim edirik: