Xəbər lenti

Azərbaycanlı müğənninin 12 min manatlıq klipi - VİDEO
Maqazin14:58 24.01.2015

Azərbaycanlı müğənninin 12 min manatlıq klipi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni Ayan Babakişiyeva “Səndən sonra” mahnısına çəkdirdiyi klipi təqdim edib. “Qafqazinfo”nun məlumatına görə, media nümayəndələri bir araya gələn sənətçi ekran işi haqda təəssüratlarını bölüşüb:
“Ulduz kimi qarşılanacağımı gözləmirdim. İndi başa düşdüm ki, ulduzum sönməyib. Qızım Selenadan sonra həyatım dəyişdi, hər şey qaydasındadır. Sözləri və musiqisi Tural Bayraməliyevə məxsus olan bəstəyə rejissor Ceyhun İbrahimova və Vüsal Həsənli ekran həyatı verib. Klip 12 min manata başa gəldi. Deyirdilər ki, klip xaricdə çəkilib. Klip Azərbaycanımızda çəkilib , Bakı çox gözəl şəhərdi. Ən son model kamera ilə çəkilişlər baş tutdu. Mən sənətçilər arasında ilkə imza atdım. İnanıram ki, ekran işimi tamaşaçılar da bəyənəcək”. 
Təqdimata qatılan prodüser Təranə Səmədova da sənətçi haqda fikirlərini bölüşüb: “Ayanın mənim xeyir-duama ehtiyacı yoxdur. Artıq sözünü demiş sənətçidir. Hamımız onun bu sənət çəkdiyi əziyyətlərdən xəbərdarıq. Ayan da əziyyətlərini heç vaxt unutmur və öz üzərində daim çalışır. Ona xoşbəxtlik və uğurlar arzulayıram”.
Qeyd edək ki, təqdimat mərasimində ən yadda qalan məqam Babakişiyevaya naməlum şəxs tərəfindən qızılgüllərin göndərilməsi olub.
Qaynar.info