
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Konftansının 38-ci Sessiyasında iştirak etmək məqsədilə İtaliyanın Roma şəhərində səfərdədir.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, konfransda İ. Abasov bildirib ki, kənd təsərrufatı bizim iqtisatiyyatın çox önəmli bir sahəsidir: “Əhalinin təxminən yarısı kənd şəraitində yaşayır və bu sahəyə biz daim diqqət yetirməliyik. Gələcəkdə kənd təsərrüfatının inkişafına yeni proqramlar əlavə ediləcək və biz bu sahəyə maksimum dərəcədə diqqət göstərməliyik. Bu həm təhlükəsizlik, həm iqtisadi, həm də sosial məsələdir”.
Konfransda İsmət Abasova FAO-nun xüsusi mükafatı təqdim olunub. Aclığa və yoxsulluğa qarşı mübarizə sahəsində ölkəmizin əldə etdiyi uğurlara görəc Azərbaycan Respublikasına verilən mükafat İtaliyanın Roma şəhərində Təşkilatın mənzil-qərərgahında FAO-nun Baş direktoru Joze Qratsiano da Silva tərəfindən təqdim edilib.