Xəbər lenti

Azərbaycanlı qız beynəlxalq tədbirdə xalq diplomatiyasından danışdı - FOTO
Siyasət05:09 07.05.2014

Azərbaycanlı qız beynəlxalq tədbirdə xalq diplomatiyasından danışdı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Demokratik İslahatlar Partiyasının xarici əlaqələr şöbəsinin müdiri Cəmilə İbrahimova Gürcüstan parlamentində keçirilən Cənubi Qafqazın Gənc Siyasətçilərinin Forumunda "Xalqlar diplomatiyası" mövzusunda məruzə edib.

Qaynar.info xəbər verir ki, Niderlandın "Çoxpartiyalı Demokratiya İnstitutu"-nun təşkilatçılığı ilə keçirilən forum çərçivəsində Cənubi Qafqazda birlik perspektivləri, xalqların diplomatiyası, mövcud siyasi sistemlər, iqtisadiyyat və biznesin inkişafı, milli azlıqların problemləri, tolerantlıq, xarici siyasətin prioritetləri, insan hüquqlarının durumu, innovasiyalar, gənclərin siyasətdə rolu mövzularında sessiyalar keçirilib.

Qaynar.info