Meksikada yaşayan azərbaycanlı skripkaçı Nana Babayevanın solistliyi ilə Toluka şəhərində Meksika Simfonik Orkestrinin konserti baş tutub.
Axar.az xəbər verir ki, konsertdə Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun “Muğam poeması” və fransız bəstəkar Şarl Kamil Sen Sansın əsərləri ifa olunub. Konsert böyük maraqla qarşılanıb.
Qeyd edək ki, konsertdə orkestri meksikalı bədii rəhbər və baş dirijor Qabriyel Diaz Alatrist idarə edib.