Xəbər lenti

Azərbaycanlı qız "Kiralık aşk"ın aktyoru ilə gecə klubunda - FOTO-VİDEO
Maqazin13:48 20.07.2016

Azərbaycanlı qız "Kiralık aşk"ın aktyoru ilə gecə klubunda - FOTO-VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin məşhur "Kiralık aşk" serialının baş rol ifaçısı Bakıya gəlir.
Qaynarinfo.Az 1xəbər.com-a istinadən xəbər verir ki, Azərbaycanda da sevilərək maraqla izlənən serialın "Koriş" obrazını yaradan Onur Büyüktopçu ölkəmizə gələcək.
Onu Bakıya Türkiyədə yaşayan azərbaycanlı bəstəkar Günel Sərdarqızı gətirəcək. Sərdarqızı sözügedən sayta açıqlamasında aktyorun azərbaycanlı fanatları ilə görüşmək arzusunda olduğunu söylədi: 
"Onurla gecə klubunda görüşdük. Aktyorluqla yanaşı klublarda çox gözəl MC-lik edir. Çox maraqlı və məzəli insandır. "Stand-up"ları ilə də məşhurdur. Korişi Azərbaycanda çox sevirlər. Fikirləşdik ki, serialın sezon finalı ərəfəsində bu fürsətdən istifadə edib Bakıda konsertini təşkil edək" - deyən Günel təşkil olunacaq şounun dəqiq vaxtını açıqlamadı. 
Qaynarinfo.Az