Xəbər lenti

Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi (FOTO/VİDEO)
Video 12:12 27.06.2026

Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi (FOTO/VİDEO)

Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigez və aktrisa Katya Kabak münasibətlərini rəsmiləşdiriblər.

Qayanrinfo xəbər verir ki, cütlüyün nikah mərasimi Moskvadakı 1 saylı Nikah Sarayında keçirilib. Rəsmi nikahdan sonra yeni evlənənlər və dəvətlilər ikimərtəbəli ekskursiya avtobusu ilə toy məclisinin təşkil olunduğu məkana yollanıblar.

Xatırladaq ki, Timur Rodrigez və Katya Kabakın sevgili olduqları ilk dəfə 2023-cü ilin payızında məlum olmuşdu. Şoumen 2025-ci ilin mayında 16 illik həyat yoldaşı Anna Devoçkina ilə rəsmi şəkildə boşanıb. Məlumata görə, həmin vaxt Anna xaricdə olub və Rodrigez ayrılmaq qərarını ona telefon danışığı zamanı çatdırıb.

Timur Rodrigez və Anna Devoçkina 2007-ci ildə ailə həyatı qurmuşdular. Onların bu evlilikdən iki övladı var. Cütlüyün ayrılığı ilə bağlı müxtəlif iddialar səsləndirilsə də, o cümlədən xəyanət barədə yayılan xəbərləri Timur Rodrigez qəbul etməyib. Boşanmadan sonra isə o, Katya Kabakla birlikdə ictimai tədbirlərdə görünməyə başlayıb.

Qeyd edək ki, əsl adı Teymur Mikayıl oğlu Kərimov olan Timur Rodrigez 1976-cı ildə Rusiyanın Penza şəhərində doğulub. Onun atası azərbaycanlı, kukla teatrının aktyoru Mikayıl Kərimov, anası isə yəhudi əsilli, alman və ingilis dilləri müəllimi Zlata Yefimovna Levinadır.

Aydın

--> -->