Xəbər lenti

Azərbaycanlı tələbə ABŞ universitetinə 420 min dollarlıq təqaüdlə qəbul aldı
Ölkə 17:12 29.07.2024

Azərbaycanlı tələbə ABŞ universitetinə 420 min dollarlıq təqaüdlə qəbul aldı

Azərbaycanlı tələbə ABŞ-nin məşhur universitetinə 420.000 dollarlıq təqaüdlə qəbul alıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri” səhifəsi paylaşım edib. 

Belə ki, BMU-nun Memarlıq və inşaat fakültəsinin builki məzunu Turqut Əfəndi bakalavr səviyyəsindən ABŞ-nin Luiziana Dövlət Universitetinə birbaşa doktoranturaya 420.000 dollarlıq tam təqaüdlə qəbul alıb.

Turqut Əfəndi, eyni zamanda elmi tədqiqatlara dərin maraq göstərib, səthi aktiv maddələr haqqında araşdırmalar apararaq 2 elmi məqaləsini beynəlxalq jurnallara təqdim edib. 

BMU məzunu, həmçinin "Breyn rinq”, "Xəmsə”, "Əlaçı” kimi bir çox intellektual verilişlərin qalibi olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->