Azərbaycanın zəngin övladları yenidən Türkiyə mətbuatının gündəminə gəliblər. Anspress-in məlumatına görə, bu gün də Türkiyənin bəzi saytaları azərbaycanlıların zəngin həyatlarını əks etdirən fotolar paylaşıblar.
Fotolar "Instagram" səhifələrindən götürülüb. Müntəzəm olaraq "Instagram"da paylaşdıqları ilə gündəmə gələn Azərbaycanın zəngin övladları yenə lüks həyatları, istirahətləri ilə diqqət çəkə biliblər. Bu dəfə də paylaşılan fotolar arasında üstünlüyü qızlar, hədiyyələr təşkil edir.
Maraqlısı odur ki, fotolar arasında xalq artisti Aygün Kazımovanın qızı İlqarənin də fotosu var. O, onlarla qızılgüldən ibarət nəhəng bir buketin qarşısında oturub.
A.Kazımovanın qızı İlqarə
Bu barədə xəbərlər isə "Azərbaycanın zəngin uşaqları ABŞ-dan olan rəqiblərinə meydan oxuyur" başlığı ilə yerləşdirilib.
Qaynar.info