Yazıçı Murad Köhnəqalanın uşaqlar üçün yazdığı "Amurun hekayələri” adlı povest və hekayələr kitabı Tehranda nəşr olunub.
Qaynarinfo xəbər verir ki, kitabı fars dilinə tanınmış yazar Səhra Rzayi tərcümə edib.
Bu haqda saytımıza açıqlama verən Murad Köhnəqala bildirib ki, kitabın Tehran variantı povestin adı ilə uyğunlaşdırılaraq "Bulud pinəçisi” adlandırılıb.
Murad Köhnəqala xəbərin onun üçün gözlənilməz olduğunu bildirib: "Bu yaxınlarda Səhra xanım İrandan mənə zəng edərək kitabımın farsca çap olunduğunu dedi. Mən gözlənilməz xəbərə çox sevindim. Bu günlərdə Bakıda səfərdə olan Səhra xanımla görüşüb tanış olduq. Gözəl sürprizə görə hörmətli Səhra xanıma bir daha təşəkkürümü bildirirəm”.