Xəbər lenti

“Azərbaycanlılar dayanmayacaqlar” - Melkonyan
Siyasət12:59 17.11.2021

“Azərbaycanlılar dayanmayacaqlar” - Melkonyan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünənki gərginliyin nəticələrindən belə nəticəyə gəlmək olar ki, Ermənistanın ərazi bütövlüyü Moskva üçün qırmızı xətt deyil.
Qaynarinfo xəbər verir ki, bu açıqlamanı Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunun İsrail şöbəsinin əməkdaşı Serqey Melkonyan öz "Telegram" kanalında yazıb.
O, xüsusilə qeyd edib ki, Ermənistanın ərazi bütövlüyü Moskva üçün qırmızı xətt deyil. Ona görə də yeganə ümid orduya olmalıdır:
"Bu gün başqa müttəfiqlər yoxdur və olmayacaqlar da. İran, avropalılar və s. eyni sıradadır".
Melkonyan bildirib ki, istənilən mövqenin təhvil verilməsi növbəti mövqenin müdafiəsini zəiflədir:
"İtirilmiş iki mövqe növbəti hücum üçün istifadə olunacaq. Azərbaycanlılar dayanmayacaqlar. Nə qədər ki, təşəbbüs İrəvanın əlində deyil, itkilər davam edəcək. Əgər hələ də İrəvanda yaşayanlar varsa və onlar Qarabağı təhvil verib, sonra Vardenisin bir hissəsini və başqa torpaqları da təhvil verməklə sağ-salamat yaşayacaqlarını düşünürlərsə, qoy onda Gorus və Qafandakı qohumları, dostları ilə əlaqə saxlasınlar.
Nikolun hakimiyyətdə qalması və "Mənim addımım”ın rəhbərliyi müddəti Ermənistan və Qarabağın ərazisi, tarixi ilə müqayisə olunandır. Tezliklə təhvil verməyə heç nə qalmayacaq”.
Telman