Dörd azərbaycanlının İrəvanın mərkəzindəki marketdən alış-veriş etməsinə dair məlumat yayılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə erməni müxalifətçi Narek Samsonyan foto paylaşıb.
Qeyd edib ki, hazırda Ermənistan milli təhlükəsizlik xidməti və hərbi polis tərəfindən qorunan 4 azərbaycanlı İrəvanın supermarketlərindən birində alış-veriş edir.
N.Samsonyanın bu paylaşımı sosial şəbəkələrin erməni seqmentində geniş müzakirələrə, qorxu və təlaşa səbəb olub.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/CNPX1nsppEs" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">