Xəbər lenti

Azərbaycanlıların çalışdığı teatra erməni rəhbər
Sənət17:44 15.07.2015

Azərbaycanlıların çalışdığı teatra erməni rəhbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Erməni solist Qevork Davidyan İstanbul opera-balet teatrının direktoru təyin edilib.
ANS PRESS-in məlumatına görə, Davidyan əvvəllər İstanbul opera-balet teatrının solisti kimi çalışıb. Davidyan yaşla əlaqədar təqaudə çıxan keçmiş direktorun yerinə təyin edilib.
Qevork Davidyan 1968-ci ildə İstanbulda doğulub. 1996-cı ildə Qevork memar Sinan adına Universitet yanında konservatoriyanın opera bölməsini qurtarıb. 1998-ci ildə İstanbul opera-balet teatrına işə düzələrək solist olub. Bir çox ölkələrdə solist və xormeyster kimi çıxış edib.
İstanbul Opera və Balet Teatrının baş dirijoru, əməkdar incəsənət xadimi Elşad Bağırovdur. Qeyd edək ki, İstanbul Dövlət Opera və Balet Teatrında 1986-cı ildən fəaliyyət göstərən Elşad Bağırov indiyədək 35 premyeraya dirijorluq edib. Bu sırada azərbaycanlı bəstəkarların əsərləri də yer alıb. Bundan başqa teatrda bir sıra azərbaycanlılar çalışır.
Qaynar.info