Xəbər lenti

Azərbaycanlıya Zelenskinin partiyasında vəzifə verildi
Siyasət09:28 29.03.2021

Azərbaycanlıya Zelenskinin partiyasında vəzifə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kiyevdə yaşayan həmyerlimiz, 29 yaşlı Elməddin Zərbəlizadə Ukrayna Prezidenti Vladimir Zelenskinin lideri olduğu "Xalqın xidmətçisi” partiyasında vəzifəyə təyin edilib.
Qaynarinfo xəbər verir ki, E. Zərbəlizadə partiyanın gənclər qanadı olan "Ze! Molodizhka” adlı təşkilatın beynəlxalq münasibətlər üzrə meneceri vəzifəsində fəaliyyət göstərəcək.
Bildirək ki, əsası Prezident Zelenski tərəfindən qoyulmuş "ZE! Molodizhka” təşkilatı bu ilin fevral ayından aktiv fəaliyyətə başlayıb.Təşkilata Ali Radanın deputatı Aleksandr Sançenko rəhbərlik edir.
Qeyd edək ki, Elməddin Zərbəlizadə Sumqayıt şəhərində doğulub. O, 2014 -cü ildə Kiyev Dövlət İqtisad Universitetində bakalavr, 2016-cı ildə Dövlət Nəqliyyat Universitetində magistr təhsilini bitirib. Hazırda həmin universitetin fəlsəfə doktorluğunun sonuncu pilləsində təhsil alır.
İсtimai fəaliyyəti müddətində o, bir çox təşkilatlarda icraçı direktor vəzifəsində çalışıb. 2017-ci ildən Yeni Dünya Assosasiyasi təşkilatının sədridir.