Xəbər lenti

"Azeri Light" markalı neftin qiyməti 116 dolları keçdi
Ekonomiks06:23 03.03.2022

"Azeri Light" markalı neftin qiyməti 116 dolları keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,75% və ya 4,2 dollar artaraq 116,1 dollar təşkil edib.
Dünən "Brent” markalı neftin bir bareli 112,93 ABŞ dolları olub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.