Xəbər lenti

Azəri qızı ər axtarır - VİDEO
Maqazin06:09 04.05.2015

Azəri qızı ər axtarır - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə yaşayan Azəri qızı Günel ana olmaq istəyini dilə gətirib. “Qafqazinfo”nun məlumatına görə, müğənni “Onlar” verilişinə açıqlamasında qız anası olmağı arzuladığını bildirib:
“Ana olmağı çox arzulayıram. Çox istəyirəm ki, qızım olsun. Qızım olsa, ona qaşlı paltarlar geyindirərəm. Ona görə gərək toy olsun. Bəy namizədlərini gözləyirəm”.
Müğənni Sibel Canın Bakıya gələcəyini bildirib: “Türkiyədə “Səsi çox gözəl” proqramında yaxşı səsi olanları bir araya toplayırlar. Münsif Sibel Can, Sertab Erener və Gökhan Türkməndir. Sibel Can Bakıya gəlib gözəl səsli ifaçıları verilişə aparacaq. Sibel Can dedi ki, sənin kimi səsli ifaçı axtarıram. Dedim ki, məndən yoxdur”.
Günel Elnur Hüseynovun "O ses Türkiye"də qalib gəlməsinə sevindiyini də qeyd edib. 
Qaynar.info