Xəbər lenti

“Azəriqaz” bayram və qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
Ekonomiks14:34 07.11.2023

“Azəriqaz” bayram və qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SOCAR "Azəriqaz” İB bayram və qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
Qurumdan Qaynarinfo-ya verilən məlumata görə, Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) inzibatı binasında,  Xəzər və Qaradağ  xidmət sahələrində bayram günləri (8 və 9 noyabr tarixləri) saat  10:00-dan 14:00-a qədər, qeyri-iş günləri (10,11,12 noyabr tarixləri) saat 10:00-dan 17:00-dək, həmçinin "ASAN Kommunal” mərkəzlərində 11 noyabr tarixindən vətəndaşlara xidmət göstəriləcək. 24/7 fəaliyyət göstərən 104/185 Çağrı Mərkəzinin fəaliyyəti gücləndiriləcək.
Qaz təsərrüfatına dair abonentləri narahat edən hər hansı məqam olarsa, 104/185 Çağrı Mərkəzinə zəng edə, 077 3 104 104 saylı "Whatsapp” nömrəsinə yazmaqla məlumat verə bilərlər.