Xəbər lenti

“Azəriqaz”: "Hövsanda qaz infrastrukturuna dəyən ziyan aradan qaldırılıb" (VİDEO)
Ekonomiks09:32 09.04.2022

“Azəriqaz”: "Hövsanda qaz infrastrukturuna dəyən ziyan aradan qaldırılıb" (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SOCAR "Azəriqaz" İB "BAŞDAN AYAĞA"  adlı yeni aksiyaya start verib. 
Bu barədə Qaynarinfo-ya qurumdan məlumat verilib.
Baş direktorun müavinləri təşəbbüs göstərərək, Birliyin qəza xidmətinin əməkdaşlarına dəstək olublar. "Hər gün müxtəlif təyinatlı müraciətlərə operativ reaksiya verən qəza xidmətinin əməkdaşlarının yükünün müəyyən hissəsini öz üzərinə götürən baş direktorun müavinləri, Hövsan qəsəbəsində avtomobil qəzası nəticəsində baş verən hadisənin nəticələrini aradan qaldırıblar. Qısa müddətdə abonentlərə qazın verilişi təmin olunub. Müavinlər əməli işləri ilə bəyan ediblər ki, hər bir məmur xalqın xidmətçisidir. Bu aksiya abonentlər tərəfindən də təqdir olunub", deyə məlumatda qeyd olunub.
Hadisə yerindən hazırlanmış video reportajı təqdim edirik.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/ZqfCaV_TJeY" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">