Xəbər lenti

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Şəmkirdə keçiriləcək
Ekonomiks06:21 22.09.2022

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Şəmkirdə keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi İqtisadiyyat Nazirliyi yanında Kiik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə "Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şəmkir rayonunda görüşü təşkil olunacaq.
Bu barədə Qaynarinfo-ya "Azəriqaz”dan məlumat verilib.
Bildirilib ki, aksiya Şəmkir şəhəri, Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq.
"Səyyar qəbul otağı” sentyabrın 23-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.