Xəbər lenti

“Azəriqaz” Sumqayıt sahibkarlarının problemlərini dinləyəcək
Ekonomiks12:34 16.11.2021

“Azəriqaz” Sumqayıt sahibkarlarının problemlərini dinləyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azəriqaz” İstehsalat Birliyinin "Açıq mikrofon” aksiyası bu dəfə Sumqayıt şəhərində təşkil olunacaq. 
"Azəriqaz" İB-nin rəhbər şəxsləri Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 44-cü məhəllədə ("Kimyaçı” mədəniyyət sarayı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. 
"Səyyar qəbul otağı” noyabrın 18-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. 
"Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.