Xəbər lenti

"Azəriqaz" ötən il 1 000-ə yaxın işçisinə töhmət verdi
Ekonomiks08:59 14.01.2022

"Azəriqaz" ötən il 1 000-ə yaxın işçisinə töhmət verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2021-ci ildə Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi yol verdiyi nöqsanlara görə 990 işçisinə töhmət verib.
Qaynarinfo-nun məlumatına görə, bunu qurumun baş direktoru Ruslan Əliyev "Açıq qapı” aksiyası çərçivəsində qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.
"Töhmət almış işçilərdən 125-nə sonuncu xəbərdarlıq edilib, 220-nin əmək haqqının 1/4-i tutulub. Əlavə olaraq 14 nəfər isə işdən çıxarılıb", - deyə o, qeyd edib.