Xəbər lenti

“Azəriqaz”ın Çağrı mərkəzinə daxil olan zəngləri baş direktor cavablandırdı (FOTO/VİDEO)
Ekonomiks07:01 16.03.2022

“Azəriqaz”ın Çağrı mərkəzinə daxil olan zəngləri baş direktor cavablandırdı (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bayram günündə gücləndirilmiş iş rejimində çalışan Birliyin 104 Operativ Xidmət şöbəsinin əməkdaşlarının iş şəraiti ilə yaxından tanış olub.
Qaynarinfo-nun "Azəriqaz”a istinadən verdiyi məlumata görə, ilaxır çərşənbədə Birliyin Çağrı mərkəzinə daxil olan bəzi müraciətləri baş direktor özü cavablandırıb.
Vətəndaşların ünvanladıqları sualları cavablandırdıqdan sonra Birlik rəhbəri özünü təqdim edərək abonentləri bayram münasibəti ilə təbrik edib. Daha sonra baş direktor 104 Operativ Xidmət şöbəsinin əməkdaşlarını bayram münasibəti ilə təbrik edərək onlara məsuliyyətli işlərində uğurlar arzulayıb.
Daha ətraflı video materialdan izləyə bilərsiniz:
<iframe width="823" height="463" src="https://www.youtube.com/embed/y_jdP5ZCmbw" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">