Xəbər lenti

“Azərneftmaş”ın ixtisarlara başladığı bildirilir
Ekonomiks14:54 28.01.2015

“Azərneftmaş”ın ixtisarlara başladığı bildirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın məşhur zavodunda kütləvi ixtisarlar başlayıb. "Azərneftmaş”  ASC-nin Mingəçevir şəhərində yerləşən Maşınqayırma zavodunda xeyli sayda işçi işini itirib. 

Zavodun işçilərinin verdiyi məlumata görə, zavodun təkcə mexaniki emal sahəsində ötən ay 15 nəfər işçi ödənişsiz məzuniyyətə göndərilib. Bundan başqa işdən çıxarılanlar da var. İşini itirənlərin əksəriyyəti ailəli adamlardır. Bundan başqa, poladəritmə sexində tək-tük işçi qalıb.

Məsələ ilə bağlı "Azərneftemaş”dan tutarlı cavab almaq mümkün olmasa da, bildirildi ki, ixtisarların olması həqiqətə uyğun deyil.  //milli.az

Qaynar.info