"Bazarstore” MMC Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta”) məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatındadır.
İşin mahiyyəti mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyətdən ibarətdir.
"Bazarstore” MMC 25 yanvar 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 40 862 223.16 ABŞ dolları olan MMC-nin qanuni təmsilçisi Burhan Sevahildir.
Seyid
Şərhlər