Xəbər lenti

Ekonomiks 15:57 15.08.2022

"Azərsu" 73 min manata maşın alır

"Azərsu” ASC "Yenimotor” MMC ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 73 000 AZN olan müqavilədə bir ədəd minik avtomobilinin satın alınması nəzərdə tutulur. Tenderin şərtlərində avtomobilin markası qeyd olunmayıb. Yəni, "Azərsu” ASC-nin 73 000 AZN-ə hansı markalı minik avtomobilini alması bəlli deyil.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Yenimotor” MMC 4 mart 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Yusif Rafiq oğludur. 

Açıq mənbələrdə "Yenimotor” MMC barədə məlumatlar məhddudur. 17 ildir fəaliyyət göstərməsinə baxmayaraq, şirkətin nə saytı, nə də əlaqə nömrələri var. 

"Yenimotor” barədə açıq mənbələrdəki məlumatlar yalnız ondan ibratətdir ki, şirkət "Honda Motors Co”un Azərbaycandakı yeganə və rəsmi distiribütorudur. Şirkətin direktoru isə Elçin Əsədov adlı şəxsdir.

Elçin Əsədov və Yusif Hüseynov barəsində açıq mənbələrdə məlumat yoxdur. 

"Yenimotor” MMC-nin adı "AtaHoldinq”in maliyyə hesablarında da rast gəlinir. Lakin sözügedən holdinqin tərkibində belə şirkətin olduğuna dair fakt yoxdur. 

Məlumat üçün deyək ki, "AtaHoldinq”in keçmiş vergilər naziri Fazil Məmmədova məxsus olduğu bildirilir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->