Xəbər lenti

"Azərsu" tibb mərkəzinə 70 min manat borc yazıb
Ekonomiks15:00 14.10.2019

"Azərsu" tibb mərkəzinə 70 min manat borc yazıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) "Atlas Medical Centre” MMC-yə 69 min 336 manat borc məbləği hesablayıb.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, tibb mərkəzi "Azərsu” ASC-yə qarşı "cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia qaldırıb.
1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə təqdim edilən iddia hakim Səbinə Nuriyevanın icraatındadır.
Oktyabrın 10-na təyin edilmiş prosesə tərəflərin nümayəndələri gəlmədiyinə və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərinə görə, məhkəmə ərizəni baxılmamış saxlayıb.