Xəbər lenti

Foto 12:33 19.04.2024

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirdi (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq” və "Hayat Kimya” birgə sosial aksiya həyata keçirib. 

Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçinin bölgələrdə olan aztəminatlı ailələrə "Molfix" markasına aid bez bağlamaları hədiyyə edilib. 

Həssas əhali qruplarından olan şəxslərə dəstək xarakteri daşıyan tədbir çərçivəsində 2000-dən çox bağlama təqdim olunub.

Regionlarda yaşayan ailələrə "Güvən” İctimai Birliyinin dəstəyi ilə çatdırılma edilib. 

Adıçəkilən təşkilatın vasitəçiliyi ilə Neftçala, Goranboy, Ağcabədi, Cəlilabad, Biləsuvar və Sumqayıt daxil olmaqla ümumilikdə 36 ailəyə yardım göstərilib.

Layihənin əsas məqsədi 4 yaşına qədər həssas qrupa aid uşaqları bezlə təmin etməkdir. 

Qeyd edək ki, "Azərsun Holdinq"in nəzdində fəaliyyət göstərən AKKİK dünyada ən böyük 5 uşaq bezi istehsalçısından biri olan "Hayat Kimya"nın Azərbaycandakı rəsmi distributorudur.

Ölkəmizdə istehlakçılara adıçəkilən şirkətlər tərəfindən təqdim olunan "Molfix” uşaq bezi Azərbaycan bazarında önəmli mövqeyə sahibdir və premium keyfiyyəti ilə anaların ən böyük dəstəkçisidir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->