Xəbər lenti

“Azəryolservis” xəbərdarlıq etdi - VİDEO
Ölkə14:30 05.05.2015

“Azəryolservis” xəbərdarlıq etdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti yollardakı yeraltı kammunikasiya xətlərində aparılan təmir tikinti işlərinin dayandırılması ilə bağlı qərar qəbul edilib.
ANS TV-nin məlumatına görə, qurum kommunikasiya xətlərinin çəkilişi və təmiri ilə məşğul olan dövlət təşkilatlarına müraciət edib.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, I Avropa Oyunlarına təyin olunmuş marşurut xətti üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirlir. O aidiyyatı qrumlardan xahiş etdi ki, yollarda aparılan abadlaşdırma işlərini I Avropa Oyunlarından sonraya saxlasınlar.
Hazırda təmir-tikinti işləri aparılan ərazilərdə işlər dayandırılmayacaq. Amma mayın 15-dən başlayaraq yollarda planlı şəkildə həyata keçirilməsi nəzərdə tutulan, asfalt-beton örtüyü qazılaraq yeraltı kommunikasiya xətlərinin çəkilişi və təmiri işlərinə icazə verməyəcək. Bu qərar Avropa Oyunları başa çatana qədər qüvvədə olacaq. 
Qaynar.info