Xəbər lenti

"Azpromo"nun rəhbəri WAIPA-nın vitse-prezidenti seçilib
Ekonomiks12:22 28.11.2017

"Azpromo"nun rəhbəri WAIPA-nın vitse-prezidenti seçilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Noyabrın 27-28-də Dubayda (BƏƏ) İnvestisiyaların Təşviqi Agentlikləri Dünya Assosiasiyasının (WAIPA) Baş Assambleyasının iclası və XXII Dünya İnvestisiya Konfransı keçirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Report”a Azərbaycan İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
WAIPA-nın Konfransında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov növbəti (3-cü) dəfə WAIPA-nın vitse-prezidenti seçilib.
Qeyd edək ki, WAIPA 1995-ci ildə Cenevrədə yaradılıb və 130 ölkədən 170 üzvü var. WAIPA-nın başlıca məqsədi investisiyaların təşviqi üzrə agentliklər arasında əməkdaşlığın genişləndirilməsi, investisiyaların cəlb edilməsi sahəsində informasiya mübadiləsi və üzv təşkilatlara investisiyalar üzrə strategiyanın formalaşmasında dəstək göstərilməsidir.