Xəbər lenti

“Aztelekom” 20 manatlıq şirkətə 1,5 milyonluq tender verdi
Ekonomiks08:10 29.01.2021

“Aztelekom” 20 manatlıq şirkətə 1,5 milyonluq tender verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Aztelekom” MMC bu gün istismarda olan Cisco avadanlıqları üçün zəmanət və texniki dəstək xidmətinin satınalınması ilə bağlı "İnfinitech" MMC ilə müqavilə bağlayıb.
Qaynarinfo xəbər verir ki, müqavilənin qiyməti 1 milyon 438 min 9 manat 49 qəpik olub.
Qeyd edək ki, 2002-ci ildə yaradılan şirkətin nizamnamə kapitalı 20 manatdır.
"İnfinitech" MMC 06.09.2019 tarixindən indiyə kimi 25 satınalmanın qalibi olub.
Orxan Əhmədli